Yutubda yeni funksiya - “İlin yekunları”

Yutubda yeni funksiya - “İlin yekunları”
4 dekabr 2025
# 10:06

"YouTube" 2025-ci il üçün nəzərdə tutulmuş “İlin yekunları” (“Recap”) funksiyasını rəsmi olaraq təqdim edib.

Kulis.az xəbər verir ki, yeni xüsusiyyət artıq Şimali Amerikada aktivdir.

Digər ölkələrdə isə həftə sonuna qədər istifadəyə veriləcəyi gözlənilir.

İstifadəçilər öz illik fəaliyyət xülasəsini "YouTube"un əsas səhifəsindən və ya “Siz” bölməsindən izləyə biləcəklər. Hesabat on iki məlumat kartından ibarət olacaq və istifadəçinin il ərzində baxış davranışındakı dəyişiklikləri, üstünlük verdiyi mövzuları və ən çox izlədiyi kanalları əks etdirəcək.

Funksiyada musiqi ilə bağlı ayrıca bölmə də yaradılıb. Əgər istifadəçi platformada tez-tez musiqiyə qulaq asırsa, onun üçün 2025-ci ildə ən çox dinlədiyi ifaçılar, mahnılar və sevimli musiqi janrları barədə geniş məlumat təqdim olunacaq.

Bundan əlavə, "YouTube" il ərzində baxış tarixçəsini təhlil edərək hər istifadəçiyə özünəməxsus şəxsiyyət tipi təyin edəcək. Bu kateqoriyalar arasında “Macəra axtaran”, “Yaradıcı ruh”, “Günəş şüası”, “Filosof”, “Xəyalpərəst” kimi müxtəlif obrazlar yer alır.

# 897 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər