Yusif Eyvazov "Aida" operasında çıxış edəcək

Yusif Eyvazov "Aida"  operasında çıxış edəcək
17 dekabr 2025
# 13:04

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya musiqi xəzinəsinin incilərindən sayılan Cüzeppe Verdinin "Aida" operası təqdim edəcək.

Kulis.az xəbər verir ki, səhnə əsəri 12 mart saat 19:00-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.

Tamaşada Radames partiyasını dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək.

Səhnə əsərində Yusif Eyvazovla yanaşı, Azərbaycanın tanınmış opera ifaçıları Xalq artistləri Əvəz Abdulla, Fidan Hacıyeva, Əkrəm Poladov, Gülnaz İsmayılova, Əməkdar artist Afaq Abbasova, solistlər İqor Yadrov, Fəhmin Əhmədli çıxış edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru İtaliyadan dəvət olunmuş məşhur dirijor Mikelanjelo Mazzadır (Michelangelo Mazza).

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Baletmeyster SSRİ Xalq artisti Qəmər Almaszadənin, xormeyster isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Biletləri iTicket.az saytından və şəhərdəki kassalardan əldə etmək mümkündür.

# 1285 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər