Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib

Yuli Qusmana “Şərəf” ordeni  təqdim edilib
22 dekabr 2023
# 09:13

Dekabrın 21-də Mədəniyyət Nazirliyində Azərbaycanın Xalq artisti, Rusiyanın məşhur teatr və kino rejissoru, teleaparıcı, ictimai xadim, əslən Bakıdan olan Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib.

Kulis.az xəbər verir ki, Yuli Qusman Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə bu ali ordenlə təltif olunub.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 80 illik yubileyi və respublikamızın yüksək təltifinə layiq görülməsi münasibətilə Yuli Qusmana təbriklərini çatdırıb.

Qeyd olunub ki, ömrünün böyük hissəsini incəsənət sahəsinə həsr edən rejissor zəngin irs yaradıb. Bakılı olması ilə hər zaman fəxr edən sənətkar Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasına da öz töhfəsini verib.

Yuli Qusman çıxış edərək sənətinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini rejissora təqdim edib.

# 2182 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər