“Yuğ” teatrı yeni mövsümdə dörd tamaşa hazırlayacaq

“Yuğ” teatrı yeni mövsümdə dörd tamaşa hazırlayacaq
4 sentyabr 2023
# 10:09

Azərbaycan Dövlət “Yuğ” Teatrında məzuniyyətdən sonra kollektivlə ilk görüş keçirilib.

Kulis.az xəbər verir ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor Mikayıl Mikayılov planlar və hazırlanması nəzərdə tutulan yeni tamaşalar haqda məlumat veriblər.

Qeyd edilib ki, sözügedən yaradıcılıq işləri Florian Zellerin "Ata" (quruluşçu rejissor Tural Mustafayev), Toyqun Orbayın "21:15 qatarı" (quruluşçu rejissor Mikayıl Mikayılov), Koki Mitaninin "Gülüş Akademiyası" (quruluşçu rejissor Gümrah Ömər) və İlqmar Vilkvistin "Qelverin gecəsi" (quruluşçu rejissor Linas Zaikauskas) əsərləri əsasında hazırlanacaq tamaşalardır. Həmçinin bu il teatrın iştirak edəcəyi Beynəlxalq Teatr Festivalları, qastrol səfərləri haqda söhbətlər edilib.

Sonda İslam Həsənov və Mikayıl Mikayılov yeni teatr mövsümünün açılışı ilə bağlı kollektivi təbrik edib və uğurlar arzulayıb.

# 3114 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər