“Young Lions Azerbaijan 2022” müsabiqəsi keçiriləcək

“Young Lions Azerbaijan 2022”

“Young Lions Azerbaijan 2022”

8 aprel 2022
# 18:50

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan 2022” müsabiqəsi keçirilir. Müsabiqənin qalibləri Fransanın Kann şəhərində baş tutacaq böyük finalda iştirak etmək hüququ əldə edəcəklər.

Nazirlikdən APA-ya verilən xəbərə görə, gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi isə ikinci dəfə ölkəmizdə təşkil olunur. 1955-ci ildən bəri təşkil olunan bu müsabiqədə 30 yaşadək (24 iyun, 1990 təvəllüd və ya daha sonra doğulanlar) yaradıcı şəxslər ikili komanda şəklində iştirak edə bilərlər.

“Young Lions Azerbaijan 2022” yarışmasında “çap” və “videoçarx” kateqoriyaları üzrə müsabiqə keçiriləcək.

Müsabiqədə qeydiyyatdan keçən iştirakçıların növbəti mərhələdə müsabiqə təşkilatçıları tərəfindən göndəriləcək təlimata əsasən “çap” kateqoriyası üçün 24 saat, “videoçarx” üçün isə 72 saat ərzində yaradıcı məhsul hazırlamaları tələb olunur. Göndəriləcək işlər beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, hər kateqoriya üzrə bir komanda olmaqla ümumilikdə 2 qalib komanda müəyyənləşdiriləcək. Müsabiqənin əsas mükafatı hər kateqoriya üçün iki nəfərdən ibarət komandanın "Young Lions Competitions 2022" finalında iştirak etmək hüququ olacaq.

# 3235 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər