Yolumuzu bağlamağa çalışan sovet milisinin uğursuz cəhdi - Azadlıq meydanındakı qum dənələri

Yolumuzu bağlamağa çalışan sovet milisinin uğursuz cəhdi - Azadlıq meydanındakı qum dənələri
17 noyabr 2024
# 12:00

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Kulis.az Vahid Qazinin "Bu fotoda məni tapa bilərsiniz?" adlı yeni yazısını təqdim edir.

Bu fotoda məni tapa bilərsiniz? Yox! Amma ordayam. Sən də ordasan. Hamımız ordayıq. “17 noyabr”, bir də “20 yanvar” hamının “orda” olduğu gündü. Heç “28 may”da hamı “orda” deyildi, bir qrup adam görmüşdü o işi milyonların yerinə.

Sahil qumlağını sayagəlməz qum dənələri yaradan kimi, millət də özünü dərk edən min-min fərdin topalanıb cəmiyyət qurmasıyla formalaşır. Bu fotoda qum dənələri kimiyik. Xoş halına o millətin ki, yolunda qum dənəsi tək zərrə olmaqdan şərəf duyan milyonlarla insanı var!

Foto 1988-ci ilin 17 noyabr səhərini yadıma saldı. İstədim, xatirəmi sizinlə də bölüşüm. Uşaqlar dərsdən gəlsin, axşam onlara da danışacam.

17 noyabr səhəri universitetin həyətində toplanmağımızdan, Topxanada armud ağaclarını kəsən ermənilərə qəzəblənərək (nə qədər qəribə səslənir indi) yürüşə çıxmağımızdan, yolboyu “politexnik”, “inşaat”, “narxoz” tələbələrinin bizə qoşulub sayımıza say qatmalarından, Qoşa Qala qapısı ağzında yolumuzu bağlamağa çalışan sovet milisinin uğursuz cəhdindən, adını dəyişib “Azadlıq” qoyacağımız Lenin meydanını eyforik bağırtılarla doldurub, kommunist dünyasını silkələyən uzunmüddətli oturaq etiraz hərəkatına başlamağımızdan danışacam.

Gecələr tonqal başına yığılıb Bakıda yaşayan tələbə qızların evdən gətirdiyi isti çaydan içə-içə, peraşki-buterbrotdan yeyə-yeyə dünənədək ağlagəlməyən “millət söhbətlər”i eləməyimizdən, şeir deyib, mahnı oxumağımızdan söz salacam. 3 il məşəqqətli mübarizədən sonra müstəqillik qazanmağımızdan fəxrlə bəhs edəcəm.

Amma bizim ən fəxarətli günümüzün yadigarı olan bu fotonun 35 il sonra mənə hansı ovqat yaşatdığından danışmayacam uşaqlara. Heç sizə də demirəm!

Bircə bunu deyirəm:

Bayramınız mübarək olsun, “qum dənələri”!

# 1764 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər