Yeni not nəşrinin təqdimatı oldu

Yeni not nəşrinin təqdimatı oldu
30 yanvar 2026
# 11:00

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına Konsert salonunda “Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının simfonik orkestr üçün əsərləri” (Partitura, II cild) yeni not nəşrinin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, İttifaqının sədri, dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxışında Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı konsertdə səslənən əsərlər və 3 cilddən ibarət not nəşrləri haqqında məlumat verib.

Layihənin bədii rəhbəri Firəngiz Əlizadə Bəstəkarlar İttifaqı tərəfindən əsərlərin partiturasının ilk dəfə çap olunduğunu vurğulayaraq, nəfis tərtibatda işıq üzü görən bu əsərlərin Azərbaycan musiqi mədəniyyətində dəyərli mənbə olacağını söyləyib.

Yeni not nəşrinin II cildinə Xalq artisti Azər Dadaşovun “Zəfər çələngi uvertüra”, Əməkdar incəsənət xadimləri Mobil Babayevin “Şanlı Qələbə”, Ceyhun Allahverdiyevin “Qələbə uvertürası”, Əməkdar artist Vüqar Camalzadənin “Qarabağa gedən yol”, Vüqar Məmmədzadənin “Dəmir yumruq” simfonik əsərləri daxildir.

Tədbirdə ABİ-nın katibləri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnara Dadaşova, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova, Əməkdar artist, bəstəkar Vüqar Camalzadənin fikirləri dinlənilib.

Tədbir bədii proqramla davam edib.

# 1212 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər