Yeni müsabiqə: "Vaqifə məktub"

Yeni müsabiqə:  "Vaqifə məktub"
2 may 2025
# 17:56

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir.

Kulis.az xəbər verir ki, “Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.

Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır. Əsərlər Azərbaycan dillində yazılmalıdır. Həmçinin əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-mail) qeyd etməlidir. Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur. Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Müsabiqənin mövzusu Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyətidir. Essenin həcmi 1000 sözdən çox olmamalıdır.

Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcək. “Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar. Birinci yer 2500 manat, ikinci yer 1500 manat, üçüncü yer isə 1000 manatdır.

Müsabiqəyə esselərin qəbulu 2025-ci il mayın 31-də sona çatacaq.

# 2341 dəfə oxunub

Oxşar xəbərlər

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər