“Yeni il möcüzəsi” adlı şənlik təşkil edildi

“Yeni il möcüzəsi”  adlı şənlik təşkil edildi
23 dekabr 2025
# 11:13

Dekabrın 22-də Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Yeni il möcüzəsi” adlı şənlik təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirə 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin sakinləri iştirak ediblər.

Bildirilib ki, Bakı Kitab Mərkəzinin əməkdaşları tərəfindən uşaqlar üçün qısa tanıtım ekskursiyası keçirilib. Daha sonra “Regional İnkişaf” İctimai Birliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə uşaqlar üçün maarifləndirici ustad dərsi, həmçinin “Oxu saatı” təşkil olunub.

Tədbirin davamında 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Teatr sənəti” dərnəyinin üzvləri nağıl qəhrəmanlarının obrazlarında maraqlı və əyləncəli konsert proqramı ilə çıxış ediblər. “Vokal” dərnəyinin üzvləri mahnılar səsləndirib, “Milli rəqs” və “İdman rəqsi” dərnəklərinin istedadlı üzvləri isə Yeni il mövzusunda cizgi film və nağıl qəhrəmanlarının obrazlarını canlandıraraq gözəl rəqs nümunələri nümayiş etdiriblər.

Tədbir çərçivəsində Mərkəzin “Təsviri sənət və dizayn” dərnəyinin istedadlı üzvlərinin Yeni il mövzusunda hazırladıqları rəsm işləri sərgilənib.

Sonda balaca qonaqlara Bakı Kitab Mərkəzi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “TAJ” MMC tərəfindən hədiyyələr təqdim olunub.

# 1158 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər