Yazıçılar Birliyi şeir müsabiqəsi elan etdi

Yazıçılar Birliyi şeir müsabiqəsi elan etdi
5 iyul 2022
# 15:40

“Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi elan olunub.

Kulis.az xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi birgə layihəsi əsasında Şanlı Zəfər Savaşımıza həsr olunan “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi elan olunub.

Şeirlər qəhrəmanlarımızdan, işğaldan azad edilən torpaqlarımızdan və tarixi qələbəmizdən bəhs etməlidir.

Müsabiqənin şərtləri:

Müsabiqədə 18-40 yaş arasında müəlliflər yalnız yeni,
indiyədək çap olunmamış şeirləri ilə iştirak edə bilərlər;

Şeirlər 14-lük Times New Roman şriftlə və 1,5 intervalla word faylında yığılmalıdır;

İştirakçılar müsabiqəyə şeirlərlə yanaşı şəxsiyyət vəsiqələrinin hər iki üzünü, fotolarını, ünvan və əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi hallarını müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:

[email protected]

İyulun 10-dan, sentyabr ayının 10-a qədər müraciət edə bilərsiniz;

Müsabiqə iki mərhələdə aparılacaq, ədəbi nümunələr nüfuzlu münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, ilk mərhələni keçən şeirlər efirdə təqdim ediləcək, I, II və III yerin qalibləri Zəfər günümüzdə pul və xüsusi mükafatlara layiq görüləcək .
İnformasiya və təşkilati dəstək: Mədəniyyət kanalı , Bakı Kitab Mərkəzi, "Ədəbiyyat qəzeti", Azərbaycan Radiosu...

# 4923 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər