Yayımlanacaq yeni musiqi albomları açıqlandı - Siyahı

Yayımlanacaq yeni musiqi albomları açıqlandı - Siyahı
3 sentyabr 2026
# 14:30

"Euronews Culture" nəşri 2026-cı ilin son dörd ayında işıq üzü görəcək və musiqisevərlərin həyəcanla gözlədiyi 15 yeni albomu təqdim edib.

Kulis.az xəbər verir ki, ilin sonunadək yayımlanacaq ən diqqətçəkən albomlar və onların təqdimat tarixləri aşağıdakı kimidir:

Ezra Collective – "Here Because Of Hope" (18 sentyabr): Britaniyalı caz və afrobit beşliyinin karyerasındakı ən iddialı dördüncü studiya albomu.

Bek – "Ride Lonesome" (18 sentyabr): Qremmi mükafatlı ifaçının melankolik tonda hazırlanan 15-ci albomu.

Tuve Lu – "Estrus" (18 sentyabr): İsveçli pop ulduzunun duyğu dolu və dinamik ritmlərdən ibarət altıncı albomu.

Aqnes Obel – "The Meaning Of Flowers" (18 sentyabr): Danimarkalı ifaçının 2020-ci ildən sonra təqdim edəcəyi atmosferik kamer-pop layihəsi.

M83 – "I Wrote You A Letter" (25 sentyabr): Fransız elektronika qrupunun səbirsizliklə gözlənilən 10-cu studiya albomu.

Soft Cell – "Danceteria" (25 sentyabr): Deyv Bolun (Dave Ball) vəfatından əvvəl tamamlanmış əfsanəvi sinti-pop duetinin vida albomu.

The Avalanches – "No Bad Memories" (16 oktyabr): Avstraliya qrupunun Karen O və Ceymi xx (Jamie xx) kimi qonaqların yer aldığı 31 treklik layihəsi.

Eels – "Cookie Happened" (16 oktyabr): Rok qrupunun "Sesame Street" obrazından ilhamlanan yeni formaya qayıdış albomu.

Reyçel Çinuriri – "I Think I Spoke Too Soon" (16 oktyabr): Britaniyalı indie-pop ifaçısının ikinci studiya işi.

Fontaines D.C. – "Dopamine Chamber" (16 oktyabr): İrlandiyalı indie qrupunun sinti-nuar üslublu beşinci albomu.

Editors – "Surface, Echo & Sound" (30 oktyabr): Qrupun ilk illərindəki rok sounduna qayıdışını müjdələyən 8-ci albomu.

Queens of the Stone Age – "Perfecth" (30 oktyabr): Akustik baladalar və orijinal yumorla zəngin 9 treklik rok layihəsi.

La Ru – "Old Flames" (6 noyabr): Elli Ceksonun (Elly Jackson) 2020-ci ildən sonra təqdim edəcəyi "R&B" ruhlu sinti-pop albomu.

Los Bitchos – "Los Bitchos & Friends Vol. 1" (13 noyabr): Tropik ritmləri vokal qonaqlarla birləşdirən instrumental heyətin yeni işi.

Labi Siffre – "Unfinished Business" (Tarixi dəqiqləşməyib): 80 yaşlı əfsanəvi folk musiqiçisinin 28 illik fasilədən sonra təqdim edəcəyi qayıdış albomu.

# 414 dəfə oxunub

Oxşar xəbərlər

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər