Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı
4 sentyabr 2026
# 16:40

Yardımlıda aparılan arxeoloji qazıntılar nəticəsində yeni faktlar aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı rayonunun yüksək dağlıq ərazilərində arxeoloji qazıntılar zamanı qədim dəfn adətlərinə dair yeni faktlar üzə çıxarılıb.

Ögü kurqanlarında aparılan tədqiqatlar nəticəsində insan qalıqları, saxsı qab fraqmentləri və ritual xarakterli əşyalar aşkarlanıb. Tapıntıların bölgədə Son Tunc və Erkən Dəmir dövründə yaşamış tayfaların həyat tərzi və inancları barədə mühüm məlumat verəcəyi gözlənilir. 12 nəfərlik arxeoloji heyətin Ögü kurqanındakı qazıntıları avqustun sonlarından başlayıb. Əkin sahələrinin arasında yerləşən abidənin üst qatında, təxminən 40 santimetr dərinlikdən sonra insan skeleti və saxsı qab fraqmentləri üzə çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elm işçisi tarix üzrə professor və doktoru, dosent Anar Ağalarzadənin sözlərinə görə, qazıntıların əsas məqsədi yüksək dağlıq ərazidə yaşamış, qədim tayfaların dəfn mədəniyyətlərini öyrənmək, eyni zamanda onların istehsal təsərrüfatını, sənətkarlıq və məişət həyatını araşdırmaqdır.

İlkin tapıntılar kurqanın e.ə. IX-X əsrlərdə də istifadə olunduğunu göstərir. Arxeoloqlar mərkəzi kameraya doğru irəlilədikcə daha qədim dəfnlərin üzə çıxacağını istisna etmirlər.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, antropoloq Dmitriy Kiriçenko deyib ki, ilkin nəticələrə görə, aşkarlanan sümüklər cavan insana aiddir.

Ögü kurqanı yüksək dağlıq ərazidə tədqiq olunan ilk iri ölçülü kurqan kimi də diqqət çəkir. Ətrafda bu tipli daha 10-a yaxın kurqan qeydə alınıb.

Kurqanın örtüyündən tapılan yalnız insan qalıqları deyil. Daşdan hazırlanmış əmək aləti və ritual xarakterli olduğu ehtimal edilən nazik daş lövhə də tədqiqatçıların diqqətini çəkib.

Qeyd edək ki, ərazidə, həcmindən və aşkar ediləcək artefaktların təyinatından asılı olaraq arxeoloji qazıntılar hələ bir müddət davam edəcək.

# 705 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər