Yaradanın möcüzəsini mühakimə edənlər

Yaradanın möcüzəsini mühakimə edənlər
29 iyun 2026
# 13:30

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Sosial şəbəkə ittihamçılarına təzə mövzu çıxıb: Azərbaycanda 63 yaşlı qadın uzun illər davam edən övlad həsrətindən sonra ana olub.

Aparılan müalicələr uğurla nəticələnib və qadın 38 ildən sonra övlad dünyaya gətirib.

Cəmiyyətin virtual tribunalarında yenə linç sədaları ucalır:

"Bu yaşda uşaq olar?",

"Uşağın gələcəyini niyə düşünmürsən?",

"Bunu dünyaya gətirmək məsuliyyətsizlikdir!".

Başqalarının həyatını öz arşınımızla ölçməyə nə qədər də vərdişkarıq!

Bir qadının illər boyunca hansı məyusluqlardan və ümid dolu gözləntidən keçdiyini bilmədən, onun ən xoşbəxt gününü kabusa çevirmək üçün sosial şəbəkələrdə əllərində balta hazır durublar!

Bizdə bəzilərinin qətiyyən başqasının seçimlərinə hörmətlə yanaşmaq anlayışı yoxdur. Hər hansı bir məsələ gündəm olan kimi bunu aydınca görürük.

İlk növbədə, bu, hər bir qadının fərdi seçimidir. Vallah, billah o, övlad sahibi olmağın gətirdiyi bütün çətinlikləri də, yaşının yaratdığı riskləri də, gələcəyin qeyri-müəyyənliyini də hamıdan yaxşı bilir.

O, bu addımı atarkən yarana biləcək hər bir məsuliyyəti - kənardan baxanların "məsuliyyətsizlik" dediyi hər bir detalı onsuz da gözünün altına alıb.

Bir insanın illərlə qəlbində böyütdüyü ana olmaq haqqını hansı ictimai qınaq onun əlindən ala bilər?

Nə istəyirsiniz, insanlar valideyn olmaq istəyəndə də bunu ictimai müzakirəyə çıxarmalıdır?

Məsələnin ən maraqlı və bəlkə də ən fundamental tərəfi isə bioloji və ilahi tərəfidir.

İnsanlar tibb elmini, müasir texnologiyaları əsas gətirib bu hadisəni "süni" və ya "təbiətə zidd" adlandıra bilərlər.

Lakin unudurlar ki, tibb nə qədər inkişaf edirsə etsin, yaradılışın öz qanunları var.

Əgər ilahi tərəfdən baxsaq, yaşına baxmayaraq bir qadının bətnində bir canın canlanmasına icazə verilibsə, deməli, bu, sadəcə bir "insan inadı" deyil, həm də bir qismətdir.

Təbiət və onun yaratdığı orqanizm bu yaşda o yükü daşımağa, o uşağı dünyaya gətirməyə hazır olubsa, deməli, o qadının bədəni də, ruhu da bu möcüzəyə köklənibmiş.

Yaşın rəqəmlərindən daha güclü bir biologiya və qaçılmaz tale var ortada.

Təbiətin icazə verdiyinə bəndənin "yox" deməsi ən azı insafsızlıqdır, anlayışsızlıqdır.

"Uşağın gələcəyi necə olacaq?" sualı ilk baxışda humanist görünsə də, əslində, çox vaxt gizli bir eqoizmin təzahürüdür.

Bu gün gənc yaşda uşaq dünyaya gətirib ona sahib çıxmayan, onun gələcəyini qaranlığa qərq edən minlərlə insan var.

Digər tərəfdən, heç birimizin sabah nə olacağına dair zəmanəti yoxdur.

25 yaşlı bir valideynin də övladının böyüdüyünü görmək qarantı yoxdur bu həyatda.

Bu uşaq, bəlkə də, dünyanın ən böyük sevgisi, ən gözəl diqqəti ilə böyüyəcək.

Çünki o, "olmalı olduğu üçün" deyil, "hər şeyə rəğmən çox istənildiyi üçün" gəlib bu dünyaya.

63 yaşlı bir ananı sosial şəbəkələrdə lağa qoymaq, onu linç etmək bizim cəmiyyətin empatiya kasadlığından xəbər verir.

Və bir qadının illər sonra qucağına aldığı körpənin qoxusu, klaviatura arxasında oturub zəhər qusanların şərhlərinin qat-qat fövqündə durur.

Bu gün bizə düşən o qadını qınamaq yox, o körpəyə ruzi, anaya isə övladının toyunu görəcək qədər uzun və sağlam ömür arzulamaqdır.

Çünki sevginin və möcüzənin yaşı olmur.

# 2290 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər