Yağışlı aprelin günəşli "Ulduz"u

Yağışlı aprelin günəşli "Ulduz"u
17 aprel 2025
# 13:30

"Ulduz" jurnalının aprel sayı çap olunub.


Kulis.az xəbər verir ki, jurnal Aqşin Evrənin “Özüylə söhbəti və şeirləri” ilə açılır.

“Nəsr” rubrikası Cavid Zeynallının “25 il sonra”, Mirmehdi Ağaoğlunun “Ayda həyat var?”, Nuray Nəzərovanın “Anamın “Xoşbəxtlik qutusu”, Məhliqa Eyvazqızının “Alça ağacı”, Oğuz Ayvazın “Soyuducuya aşiq olan adam”, Maya İmranın “Qara xal” hekayələrini təqdim edir.

Qulu Ağsəs “Nəsrin ... mərtəbəsi”ndə gənc yazıçı Məmməd Məmmədlinin kitabından söz açır.

“Şeir vaxtı”nda Sahibə Yusif, Təranə Dəmir, Namiq Dəlidağlı, Aysel Fikrət, Adil Həsənoğlu və Şəhriyar Heydərdi.

“Yazı masası”nda Taleh Mansurun qonağı məşhur yazıçı Çingiz Abdullayevdir.

“Təbriz eli”ndə “Şahmat” əsəri ilə Əli Çağladır.

“Tribuna”da Azər Fəraqi “Ürfan ədəbiyyatı İslamın budaq dili”ndən söz açır.

“Tənqid”də Vaqif Yusifli “Zövlədən Ufaya: Baloğlan Cəlil” yaradıcılığını incələyir.

“Sənət”də Nəvai Metin “Səttar Bəhlulzadənin özünəməxsus üslubu, realizmə və kökə bağlılığı”nı günümzə daşıyır.

Havar Şəfiyeva və Cabir Həsənin şeirləri də “Ulduz”un aprel sayındadır.

“Tərcümə saatı” Fidan Vahidin tərcüməsində Corc Oruellin “Fili öldürdüm” hekayəsini oxucularla görüşdürür.

“Debüt”də “Sular hədiyyəsini geri alır” hekayəsi ilə Turqut Nəhmətlidir.

“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin Məhəmməd Füzuli yaradıcılığından II yazısını təqdim edir.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə istedadlı məktəbli Xədicə Şahbazovadır.

# 2992 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər