"Yadplanetli" ən yaxşı ailə filmi seçildi

"Yadplanetli" ən yaxşı ailə filmi seçildi
17 iyul 2023
# 18:40

Stiven Spilberqin rejissorluğu ilə çəkilmiş "Yadplanetli" elmi-fantastik filmi ailəvi izləmə üçün ən yaxşı ekran əsəri seçilib.

Kulis.az TASS-a istinadən xəbər verir ki, "Yadplanetli" ekran əsərində əsas rolları Henri Tomas, Di Uolles və Dryu Berrimor canlandırıblar. Süjetə görə, yadplanetlilərin tədqiqat qrupunun üzvlərindən biri təsadüfən Yerdə qalır. Əsas personaj Elliot qardaş və bacısı ilə birlikdə onun evə qayıtmasına kömək etməyə çalışırlar.

1982-ci ildə təqdim olunan "Yadplanetli" filmi Corc Lukasın “Ulduz döyüşləri” filminin rekordunu üstələyərək gəlir baxımından ön pillədə qərarlaşa bilib. Film “Ən yaxşı orijinal musiqi” və “Ən yaxşı vizual effektlər” nominasiyası daxil olmaqla dörd “Oskar”, iki “Qızıl qlobus” və beş “Saturn” mükafatına layiq görülüb.

Bu siyahı üzrə ilk üçlükdə olan növbəti iki film isə Kris Kolambusun “Harri Potter” ekran əsərinin birinci hissəsi və Riçard Donnerin "Avam" komediyasıdır.

# 2688 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər