XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb
10 dekabr 2025
# 11:28

Dekabrın 9-da Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının bağlanış və mükafatlandırma mərasimi olub.

Kulis.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı ilə “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçirilib.

Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, kino ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev builki festivalın bir sıra məqamlarla yadda qaldığını qeyd edib. O, layihəyə marağın ildən-ilə artdığını bildirib: “Kinoya bu qədər sevginizi görmək bizi çox sevindirir. Biz komanda olaraq bu sevgidən enerji alırıq. Bilirsiniz ki, festival təşkil etmək çətin prosesdir. Biz də beş gün ərzində bu prosesi keçdik. Festivalın komandasına təşəkkür edirəm”.

Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.

Tədbirdə iki film nümayiş olunub.

# 1171 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər