Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis edilib

Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis edilib
3 iyun 2025
# 16:58

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO ) və Heydər Əliyev Fondu Azərbaycan şairəsi, ictimai xadimi Xurşudbanu Natəvanın şərəfinə "Natəvan" mükafatının təsis edildiyini elan ediblər.

Kulis.az xəbər verir ki, bu barədə ICESCO məlumat yayıb.

Qeyd olunub ki, mükafat "İslam dünyasında mədəni irsin idarə edilməsi və qorunması sahəsində qabaqcıl təcrübənin təşviqi və populyarlaşdırılması sahəsində nailiyyətlərə" töhfə verən şəxslərə təqdim ediləcək.

Qeyd olunub ki, mükafat maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni təşviq edir, həmçinin İslam dünyasında irsin populyarlaşdırılmasına və tanınmasına kömək edir.

Mükafat fərdi layihə üçün 30 min dollar, birgə layihə üçün isə 100 min dollar məbləğində pul mükafatından ibarət olacaq.

"Natəvan" mükafatını almaq üçün layihənin uyğun olmalı olduğu meyarlar bunlardır:

Layihə ICESCO-nun üzv dövlətlərindən birində həyata keçirilməli, ICESCO-nun iştirakçısı olan ölkələrdən biri rəhbərlik etməli və üç illik müddəti əhatə etməlidir.

Şərtlərə görə, mükafat almaq məqsədilə layihələrin təqdim edilməsi üçün son müddət 30 sentyabrdır, 2026-cı il fevralın 1-də seçilmiş layihələrin qısa siyahısı, aprelin 18-də qaliblər elan ediləcək.

Qeyd edək ki, 2026-cı il iyulun 1-də ən yaxşı layihələr dərc olunacaq və mükafat açıqlanacaq.

# 1491 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər