Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldıldı

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldıldı
11 may 2024
# 10:20

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Fransanın Evian-le-Bən şəhərindən gətirilmiş abidəsi Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.

Kulis.az xəbər verir ki, Azərbaycanın Fransa və Monakoda fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva abidənin tarixi haqqında məlumat verib. Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin belə bir tarixi gündə yenidən ucaldılmasının rəmzi əhəmiyyəti olduğunu bildirib.

Qeyd edib ki, 2017-ci ildə İsmayıllı və Fransanın Evian-lö-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Eyni zamanda, İsmayıllı şəhəri tərəfindən Xurşidbanu Natəvanın heykəli Evyan-lö-Bən şəhərinə hədiyyə edilib. Abidə “Azərbaycan parkı”nda ucaldılıb. Ancaq 2023-cü ilin dekabr ayının 18-də radikal qüvvələr abidəyə qarşı vandalizm aktı törədib. Evyan-lö-Bən şəhəri meriyasının qərəzli mövqeyi bir neçə ay davam edib, abidənin bərpası və təmizlənməsi istiqamətində heç bir addım atılmayıb. Həmçinin, meriya gələcəkdə bu abidəyə qarşı vandalizm aktının təkrarlanmayacağına zəmanət vermədiyi üçün Azərbaycan tərəfi həmin abidəni geri götürüb. Qısa zamanda təmizlənmiş və bərpa edilmiş heykəl Parisdə Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.

Abidənin açılışında Fransada yaşayan azərbaycanlı opera müğənnisi Timur Abdikeyev “Sevgili canan” romansını ifa edib.

Xatırladaq ki, sözügedən vandalizm aktından sonra İsmayıllı rayon icra hakimiyyəti Evian-lö-Bənlə dostluq və əməkdaşlıq xartiyasını ləğv edib.

# 2324 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər