Xurşidbanu Natəvanın 190 illiyi qeyd edildi

Xurşidbanu Natəvanın 190 illiyi qeyd edildi
22 dekabr 2022
# 16:42

Ankarada fəaliyyət göstərən Türk Dünyası Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən görkəmli simalar iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı, xan qızı Natəvanın həyat və fəaliyyətindən danışaraq vurğulayıb ki, qədirbilən Azərbaycan xalqı xanım şairəmizin şəxsiyyətinə hər zaman ehtiram göstərib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, Professor Teymur Rzayev və başqaları çıxışlarında şairə Xurşidbanu Natəvanın poeziya yaradıcılığından bəhs ediblər. Vurğulanıb ki, nadir yaradıcılıq üslubu ilə hər zaman poeziya həvəskarları tərəfindən sevilən Xurşidbanu Natəvanın şeirləri bundan sonra da dillər əzbəri olacaqdır.

Əməkdar artist, bəstəkar və pianoçu Turan Manafzadənin geniş konsert proqramı hərarətli alqışlarla qarşılanıb.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilib.

# 2011 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər