Xocalı soyqırımı ilə bağlı hazırlanmış elektron layihələr istifadəçilərə təqdim olundu

Xocalı soyqırımı ilə bağlı hazırlanmış elektron layihələr istifadəçilərə təqdim olundu
25 fevral 2026
# 14:00

Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “26 fevral - Xocalı soyqırımı”, “Khojaly genocide” və “Khojaly tragedy - Photo Exhibition” adlı virtual sərgilər istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, “26 fevral - Xocalı soyqırımı” adlı virtual sərgidə azərbaycanlılara qarşı apardığı soyqırım siyasəti, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciələr haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar və fotolar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Xocali_soyqirimi/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Əcnəbi istifadəçiləri Xocalı soyqırımı haqqında məlumatlandırmaq məqsədilə ingilis dilində təqdim olunan “Khojaly genocide” adlı virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur. Virtual sərgi ilə http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlərlə tanış etmək məqsədilə ingilis dilində onlayn rejimdə təqdim olunan “Khojaly tragedy - Photo Exhibition” adlı virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Xocalı soyqırımı haqqında fikirləri, erməni vandalizmi, Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

# 1315 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər