“Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir təşkil edildi

“Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir təşkil edildi
25 fevral 2026
# 15:41

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 34 illiyi ilə əlaqədar Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyevin tələbələrlə Xocalı həqiqətlərindən bəhs edən “Qırmızı ləçəklər” əsərinin müzakirəsi təşkil edilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru Aslan Cəfərov təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, 200 il ərzində Azərbaycan xalqının erməni qəsbkarları tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını bildirdi. O, onilliklərlə davam edən Xocalı soyqırımının xatirəsini bu gün qalib xalqın nümayəndəsi, qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini və bundan böyük qürur hissi keçirdiyini dilə gətirib. “Heç bir beynəlxalq normalara sığmayan Xocalı faciəsi erməni qəsbkarlarının yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin növbəti amansız, qanlı səhifəsi idi”, - deyən Aslan Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı dövlət kimi göstərildiyini bildirib.

Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının danılmaz əhəmiyyətini vurğulayıb. O, bu kampaniya çərçivəsində işıq üzü görən, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” və özündə böyük bir tarixi yolu əks etdirən, maraqlı faktlarla zəngin “Qızıl cib saatı” və “İrəvanda xal qalmadı” əsərlərinin yazılma tarixindən danışıb. Bir sıra maraqlı, unikal tarixi faktları açıqlayan yazıçı Xocalı haqqında həqiqətlərin dünyaya bildirilməsi, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində ədəbiyyatın, mədəniyyətin, müasir, savadlı, vətənpərvər Azərbaycan gəncliyinin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin tələbələri müəllifə sualları ünvanlayıb və müzakirə üslubunda keçən görüşdə Varis Yolçuyev fəal tələbələrə imzalı kitablarını hədiyyə edib.

Gənclər Kitabxanasının hazırladı “Xocalı-uşaqlı, cavanlı, qocalı” adlı videomaterial nümayiş etdirilib.

# 1407 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər