Xilas olmaq üçün əlini kəsən alpinist

Xilas olmaq üçün əlini kəsən alpinist
20 oktyabr 2023
# 14:30

Bu gün məşhur ingilis rejissoru Denni Boylun doğum günüdür.

Kulis.az bu münasibətlə "Bir rejissor beş film" layihəsindən rejissorun beş filmini təqdim edir.

Dayaz qəbir - 1994

Shallow Grave (1994) - IMDb

Edinburqda üç gənc evlərinə dördüncü kirayəçi axtarırlar. Görünüşünə görə davamlı alçaldılan yeni kirayəçi bir gün normadan artıq dozada narkotik qəbul edərək ölür. Gənclər yeni "dost"larının pul dolu çantası ilə baş-başa qalır.

Treynspottinq - 1996

Trainspotting (1996) - IMDb

İrvin Velşin 1993-cü ildə yazdığı eyniadlı kitab əsasında çəkilən film Şotlandiyanın Edinburq şəhərində yaşayan narkomanların həyatından bəhs edir.

Çimərlik - 2000

The Beach (2000) - IMDb

Amerikalı gənc macərapərəst Riçard (Leonardo DiKaprio) Banqkokda, hoteldə tanış olduğu Etyen (Giyom Kane) və Fransua (Virjini Leduayen) adlı fransız turistlərlə tropik adaya gedir...

Xarabalıqdan olan milyonçu - 2008

Slumdog Millionaire (2008) - Posters — The Movie Database (TMDB)

Camal Malik – xarabalığı xatırladan yoxsullar məhəlləsində yaşayan və ali təhsili olmayan 18 yaşlı gənc. Uşaqlıqdan ən böyük arzusu kasıblıqdan qurtulmaq, ailə səadəti tapmaq olub. Günlərin bir günü “Kim milyonçu olmaq istəyir?” intellektual teleoyununun iştirakçısına çevrilir. Oyun zamanı hamının savadsız bildiyi Camal Malik öz geniş dünya görüşü ilə həmvətənlərini mat qoyur. O, qələbə qazanıb milyonçuya çevrilə bilər. Zəfərin bir addımlığındadır. Ancaq teleproqramın rəhbərliyi nədənsə ondan şübhələnməyə başlayır və dindirilməsi üçün polisə təhvil verir. Fırıldaqçı olmadığını sübut etmək üçün Malik həyat hekayəsini müstəntiqə olduğu kimi danışmağa məcbur olur - əvvəldən –axıra kimi...

127 saat - 2010

127 Hours (2010) - IMDb

Film 2003-cü ildə əli 300 kq-dan çox çəkisi olan qayada ilişdikdən sonra təxminən altı gün dağ yarığında qalan alpinist və kanyon tədqiqatçısı Aron Ralstonun real həyat hekayəsindən bəhs edir.
Aron hara getdiyini heç kimə deməmişdi. Suyu və yeməyi qurtarandan sonra əlini amputasiya etmiş, kanyondan çıxıb xilasedici helikopterə zəng etmişdi...

# 2724 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər