“Xəzər” jurnalının yeni nömrəsi çapdan çıxdı

“Xəzər” jurnalının yeni nömrəsi çapdan çıxdı
25 dekabr 2023
# 12:20

Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında Mo Yanın “Nağılçı” mühazirəsi, Nobel nitqi və “Xalanın möcüzəvi bıçağı” hekayəsi, “Bəşəri poeziya” rubrikasında “Din kimi poeziya, peyğəmbər kimi şair” yazısı, Rayner Maria Rilke poeziyasından seçmələr və “Gənc şairə məktub” essesi, “Azərbaycan ədəbiyyatı” rubrikasında isə Mikayıl Müşfiqin şeirləri yer alıb.

Oxucular “Esse” rubrikasında Uilyam Folknerin “Şervud Anderson haqqında” essesi, “İlin yazıçısı” rubrikasında isə Yun Fossenin “Sənə deyə bilmədim” hekayəsi ilə tanış ola bilərlər.

“Antiutopiya” rubrikasında oxucular Andrey Platonovun “Çevenqur” romanın davamını oxuya biləcəklər.

“Çağdaş İsrail nəsri” rubrikasında Anna Faynın “İlahi Səfed” və “Medalyon” əsərləri, “Hekayə” rubrikasında Oskar Yelinekin “Aktyor” hekayəsi, “Türk xalqları ədəbiyyatı” rubrikasında Serkan Soyalanın şeirləri və “Epistolyar” rubrikasında Tomas Vulfun məktubları təqdim olunub.

Jurnalın “Müdrik kəlamlar” rubrikasında oxucular Uilyam Şekspir, Mark Tven, Anton Çexovun əsərləri ilə tanış ola biləcəklər.

# 2004 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər