Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi açılıb

Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış”  adlı sərgi açılıb
22 fevral 2024
# 18:40

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi təşkil edilib.

Kulis.az xəbər verir ki, sərgidə “Rəngarəngəli” art studionun müəllimi, respublikada ən çox şəhid portretleri işləmiş tanınmış gənc rəssam Əli Təhminənin 30-a yaxın yetirməsinin əsərləri nümayiş olunur.

Layihə rəhbəri, sənətşünas, təşkilatçı Əli Rəşad bildirib ki, tədbirdə sərgilənən əsərlərdə iki məqam əsas götürülüb: “2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirlərindən sonra bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa olundu. Artıq Xocalıda da üçrəngli bayrağımız dalğalanır. Bu sərgidə nümayiş etdirilən əsərlərdə həm faciə, həm də qələbə ruhu, Xocalıya qayıdış sevinci göstərilir”.

Sərgidə çıxış edən qonaqlar Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqda bu kimi sərgilərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, bundan sonra rəsamlarımızın mövzuları düşmənin viran qoyduğu yurd yerlərimizə yeni həyatın qayıtmasına həsr olacaq.

Sonda fərqlənən gənc rəssamlara fəxri fərmanlar təqim edilib.

# 2951 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər