Nuridə Atəşi Almaniya tarixçiləri əleyhinə bəyanat yaydı

Nuridə Atəşi Almaniya tarixçiləri əleyhinə bəyanat yaydı
2 iyun 2016
# 14:12

“Almaniya elmi Qarabağ tarixinin erməniləşdirilməsində böyük rol oynayıb.” Bu fikri Nuridə Atəşi yaydığı bəyanatda səsləndirib.

O, bildirib ki, 1865-ci ildən Gədəbəydə Simens qardaşlarının Misəritmə zavodunun fəaliyyəti ilə Dağlıq Qarabağın sistemli şəkildə erməniləşdirilməsi siyasətinə başlanılıb: “Belə ki, Siemens qardaşları Almaniya elmində görkəmli yer tutan, hətta Bundestaqın və Berlin Parlamentinin millət vəkili olan məşhur siyasətçi, həkim və antropoloq Rudolf Virxovun birbaşa başçılığı, maliyyəsi və göstərişi ilə həyata keçirilmişdir. Siemens fabrikinin əməkdaşları, yerli almanəsilli kolonistlər, Almaniyadan göndərilmiş xüsusi kolleksionerlər Azərbaycanın yüzlərlə tarixi qəbir daşı abidələrini talan etmiş, soymuş, qanuni və qanunsuz şəkildə minlərlə maddi mədəniyyət nümunələrini Almaniyaya daşımışdılar. Alman alimləri bu materiallar əsasında 150 il boyunca Qarabağın xristianlıqdan öncəki tarixini mütəşəkkil şəkildə erməniləşdirmiş, qəbir abidələrini qədim erməni xalqına, Azərbaycanın əzəli torpaqlarını Böyük Ermənistana, Erməni yaylasına, hətta alban kilsələrini də qədim erməni kilsələri kimi tədqiq etmişlər. Almaniyanın məşhur elmi jurnallarında, universitet, muzey kataloqlarında yüzlərlə elmi nəşrlərdə bunlar uzun illər boyu davam etdirilib.”

Berlində fəaliyyət göstərən Qafqaz tədqiqatları İnstitutu Almaniyanın muzeylərində fond və arxivlərində uzunmüddətli gərgin tədqiqatlar apararaq 150 il boyunca Qarabağın almanlar tərəfindən qüsurlu yazılmış tarixini üzə çıxarmış və Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyətinə aid bir çox yeni kolleksiyaları, arxiv materiallarını, tarixi faktları və bu kolleksiyaların Berlinə qeyri-qanuni gətirilməsi və bu günə qədər obyektiv tədqiq edilməməsi faktlarını aşkar etmişdir.

Tədqiqatçı N. Atəşi bilərəkdən və bilməyərəkdən yazılmış bu nöqsanlı tarixşünaslığın Dağlıq Qarabağ problemində böyük rol oynadığını və beynəlxalq elmdə bir çox zərərli nəticələrə gətirib çıxardığını qeyd edir və alman elmindən bu barədə cavab istəyir. “İndiyə qədər susan alman tərəfi tarixi faktlar qarşısında cavab verməlidir və bu səhvlər düzəldilməlidir” deyən tədqiqatçı Alman Dövlətinə Azərbaycan Prezidentinin Almaniyaya yaxın günlərdə olacaq rəsmi səfəri zamanı müraciət hazırlayır.

Müraciətdə Azərbaycana məxsus maddi mədəniyyət nümunələrinin digər ölkələr kimi Azərbaycana geri qaytarılmaq tələbi qoyulmasa da onların alman alimləri ilə birlikdə tədqiq edərək Xocalı-Gədəbəy mədəniyyətinin yenidən obkektiv tədqiqi, materialların yenidən kataloqlaşdırılması və qüsurlu elmi nəşrlərin elmi dövriyyədən çıxarılması tələbi qoyulub.

# 2247 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər