Murad Dadaşov “Pole Çudes”dəki iştirakından danışdı: “Neft məsələsi zarafat idi”

Murad Dadaşov “Pole Çudes”dəki iştirakından danışdı: <span style="color:red;">“Neft məsələsi zarafat idi”
18 dekabr 2017
# 17:00

Azərbaycanlı aktyor, şoumen Murad Dadaşov Rusiyanın "Birinci kanal”ında yayımlanan məşhur "Pole Çudes” verilişinin qonağı və iştirakçısı olub. Veriliş ölkəmizdə birbaşa və internet üzərindən izlənilib və sosial şəbəkədə şərh olunub.

Veriliş Beynəlxalq Çay Günü və bu verilişin sponsoru olan Azərbaycan şirkəti "Azərçay”ın 20 illiyinə həsr edilib.


Verişin final mərhələsinədək irəliləyən və qalib olan Murad Dadaşov aparıcı Leonid Yakuboviçə məşhur Azərbaycan mürəbbəsi və neft hədiyyə edib.

Kulis.az-a açıqlamasında şoumen M.Dadaşov bunun zarafat olduğunu söyləyib:

“ Mürəbbələrin yanında neft olması mən tərəfdən düşünülmüş məzəli bir zarafat idi. Əlbəttə, bizdə bir çox sənaye məhsulları istehsal olunur, amma Azərbaycanı daha çox neft ölkəsi kimi tanıyırlar. Biz də zarafatla neft də əlavə etdik ki, mürəbbələr xoşunuza gəlməsə, Azərbaycan nefti var. Bu verilişdə bir çox kolleksiyalar toplanır və bu nefti də biz o kolleksiyaya hədiyyə etdik”

Həmçinin M.Dadaşov həmkarına Azərbaycanın "Qarabağ” klubunun UEFA Çempionlar Liqasında oynadığı topu və oyunçuların imzaladığı xüsusi formanı hədiyyə edib.

Sosial şəbəkədə Yakuboviçin soyuq davranması haqda yazılanlara isə Murad Dadaşov qısa cavab verdi:

“Yakuboviç uzun illərdir bu verilişi aparır, verilişin özündən doymuş bir insandır. Ola bilər yorulmuş olsun, amma biz özümüzə olduqca xoş münasibət gördük. Biz bir-birimizi “KVN” dən tanıyırıq. Yakuboviç o zaman müsabiqədə jüri heyətində idi. Yəni, münasibətlər çox gözəldir. Bizi hər yerdə təbəssümlə qarşıladılar”.

# 2223 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər