Bakıda incəsənət əsərlərinin növbəti auksionu keçirilib - Fotolar

Bakıda incəsənət əsərlərinin növbəti auksionu keçirilib - <span style="color:red;">Fotolar
7 noyabr 2019
# 16:20

Bu gün Bakıda incəsənət əsərlərinin növbəti auksionu keçirilib.

APA-nın məlumatına görə, auksion Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib ki, auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyata keçirilir: "Alıcılar hərraca çıxarılan 11 lot üzrə mübarizə aparırlar. Ümumilikdə 9 rəssam hərraca qatılıb. Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş” və “Payızda-Yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi” və “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik Büst-Qızılı Fonda” əsərləri hərraca çıxarılıb".

Sonra auksiona start verilib və lotlar nümayiş olunub. Satışa çıxarılan 11 lotdan yalnız 2-i satılıb. Belə ki, Akif Əsgərovun “Atlar” əsəri 20050 manata, Mahmud Rüstəmovun "Qadın müxtəlif əhvallarda" əsəri isə 5610 manata satılıb.

Qeyd edək ki, auksionu ən bahalı lotuni iş adamı İsgəndər Xəlilov əldə edib.

Xatırladaq ki, “Auction Baku” MMC tərəfindən Azərbaycanda ilk auksion bu il mayın 21-də keçirilib.

# 3620 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər