Gördüm ki, nənəm babamı balkondan atır – UNUDA BİLMİRƏM

Gördüm ki, nənəm babamı balkondan atır – <span style="color:red;">UNUDA BİLMİRƏM
27 iyul 2016
# 09:00

Kulis.Az "Unuda bilmirəm" layihəsində Rəbiqə Nazimqızının xatirəsini təqdim edir.

Üçüncü sinfə keçmişdim. Babam xəstəydi. Bir gün səhər qəribə bir yuxu gördüm. Nənəm babamı altıncı mərtəbədən atırdı. Qorxub oyandım. Yerimin içindəcə qulaq verdim – anamla evə haradansa yeni dönən atam mətbəxdəydilər. Atam “xalçanı bük” dedi. Yerimdən onlara tərəf qaçıb, qorxa-qorxa soruşdum: “Baba ölüb?”

Uzun illər elə düşünürdüm ki, onu yuxumda görməsəydim, babam ölməzdi. Bir də, düşünürdüm ki, babamı çox sevdiyi arvadının - nənəmin amansız münasibəti öldürüb. Mən qocalığın və xəstəliyin öldürə biləcəyinə inanmırdım...

Tabutun evdən çıxmasını görməmək üçün həyətdən xeyli aralandım. Çox qorxurdum deyə babamla vidalaşmaq ağlıma belə gəlmədi. Həm də bunun üçün çox uşaqdım yəqin...

Amma qorxum bununla bitmədi, əksinə... Yas yerində qadınlar danışırdılar ki, ölümündən əvvəl babamın gözünə Əzrayıl görünüb. Onu da dedilər ki, Əzrayıl adamın başına qonmasa, ölmür. Babam da qorunmaq üçün başını adyalla gizlətmək istəyirmiş. Ondan sonra gecələr yayın istisində belə, nəfəsim az qala kəsilsə də, başımı yorğanla bərk-bərk bürüyürdüm. Bu adətimi cəmi bir neçə ildir tərgitmişəm...

# 2256 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər