Aktrisa Şəbnəm Cəbrayılovanın müraciəti yayıldı: "Direktor məni hədələyir"

Aktrisa Şəbnəm Cəbrayılovanın müraciəti yayıldı: "Direktor məni hədələyir"
27 avqust 2019
# 17:15

“Məhkəməyə verdiyim iddia ərizəsində narahatlıqlarla üzləşərək ağır vəziyyətə düşdüyümə və bunun nəticəsi olaraq uşağımı itirdiyimə görə İrəvan teatrının direktoru İftixar Piriyevi, avtobus sürməyə icazəsi olmadığı halda avtomobil sükanı arxasına əyləşərək onu narahat idarə etdiyinə görə aktyor-şofer Bəhruz Hikmətoğlunu, hamilə qadının hüquqlarını müdafiə etməyə borclu olduğu halda, məni işdən çıxarmağa tez-tələsik razılıq verib, qanunları pozaraq direktorun göstərişinə əməl etdiyinə görə Teatr Həmkarlar Komitəsinin sədri aktyor Natiq Həziyevi günahlandırıram.Buna haqqım var. Sözüm sizədir. Uşağımı itirməyimə bais olduğunuz üçün bir insan olaraq hamınız utanın. “Balalarınızın qarşısına çıxsın!” qarğışı eləmirəm sizə. Balalarınızın günahı olmadığını, bala itirmiş ana olaraq, başa düşürəm. Bəs mənim körpəmin günahı nə idi? Siz kişi ola- ola bu suala cavab verə bilərsiniz? Ürəyiniz ağrımır? Vicdanınız sızıldamır? Gecələr necə rahat yatırsınız? ”

Bu sözləri İrəvan teatrının keçmiş aktrisası Şəbnəm Cəbrayılova öz müraciətində söyləyib. Hamiləliyinin pozulmasında onu işdən çıxaran teatrın direktoru İftixar Piriyevi ittiham edərək məhkəməyə verən aktrisa direktorun sosial şəbəkələrdə ona təzyiqlər etdiyini, hədələdiyini söyləyir:

"Əgər mənim bu çətin halımda, bir daha haqqımda nalayiq ifadələr işlətsəniz hüquq mühafizə orqanlarına rəsmi müraciət edəcəm. Sizdən fərqli olaraq xəlvəti iş görməyə adət etməmişəm. Xəbərdarlığımı etdim”

Xatırladaq ki, teatr rəhbərliyi ilə aktrisa arasında qalmaqal ötən aydan başlayıb. Direktor Şəbnəm Cəbrayılovanın iddialarını qəbul etmir.

# 5125 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər