“Mən oğurluq etməmişəm” – Yazıçıyla rejissorun davası

“Mən oğurluq etməmişəm” – <span style="color:red;">Yazıçıyla rejissorun davası
16 aprel 2019
# 14:10

“Məni tanıyanlar bilir: o qədər çarəsiz və istedadsız deyiləm ki, Mehriban xanımdan oğurluq edim”.

Bu sözləri gənc yazıçı Cavid Zeynallı Kulis.aza verdiyi açıqlamada söyləyib.

Rejissor Mehriban Ələkbərzadənin Kulis.az verdiyi müsahibədə onu plagiatlıqda ittiham etdiyini bildirən yazıçı buna etiraz edib: “Mən hələ o vaxt - hörmətli Mehriban xanım məndən Şəfiqə Məmmədovaya şikayət edəndə yazıb bu məsələyə aydınlıq gətirmək istəyirdim, sonra ehtiyac görmədim. Amma görünür, yazmaq lazımdır. Məni tanıyanlar bilir: o qədər çarəsiz və istedadsız deyiləm ki, Mehriban xanımdan oğurluq edim. Mənim heç kimin nəinki povestinə, cümləsinə də ehtiyacım yoxdu. Həmin ssenaridən və Mehriban xanımın məni "oğru" elan etməyindən sonra Şükriyyə xanımın bütün həyatını altı ay araşdırıb haqqında böyük pyes yazmışam. Bu yaxınlarda "Azərbaycan" jurnalına da təqdim edəcəm. Həmin pyesi zövqünə inandığım insanlar - Şükriyyə xanımın nəticəsi Cavad Axundzadə, Nurəddin Mehdixanlı, Əli Əmirli, İlham Rəhimli, Sənubər İsgəndərli, Elnur Məmmədov, Rada Nəsibova, Elşən Rüstəmov, Elnur Qədirov, Anar Babalı, Dilarə Nəzərova və başqaları oxuyub qiymətləndiriblər. Sevinirəm ki, hər biri bu pyesi səhnəyə layiq biliblər. İnanıram ki, bu pyes nə vaxtsa səhnə həyatı da görəcək. Və iddialıyam: bu pyes tamaşaya hazırlanarsa, böyük uğur qazanacaq”.

Xatırladaq ki, Mehriban Ələkbərzadə müsahibədə bunları söyləmişdi:

“Mənim elə 2010-cu ildə çap edilmiş bu povestimdən plagiatlıq edildi. Hətta Kinoittifaqın təsis etdiyi ssenari müsabiqəsində iştirak edib, müəyyən “qaliblik” qazanan da oldu. Kino ittifaqını məlumatlandırdım. Və əqli mülkiyyətimə əl uzadan şəxsə insancasına “belə etmək olmaz” dedim. Bilirəm ki, bu, yetərli deyil, amma hələ ki, bununla kifayətləndim. Bu mövzu mənə çox doğmadır. Millətin ən ləyaqətli bir qadını haqqında kədərli dramdır.”

# 3991 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər