Raquf Orucov haqqında roman çap olundu - FOTO

<b>Raquf Orucov haqqında roman çap olundu - <span style="color:red;">FOTO </b>
2 aprel 2019
# 12:47

Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanı işıq üzü görüb.

Kulis.azın verdiyi xəbər görə, Aprel döyüşlərinin üçüncü ildönümü münasibəti ilə “CBC” nəşriyyatında çap olunan kitabın müəllifi Şərif Ağayardır.

Müəllifin bildirdiyinə görə, bu mövzular Azərbaycan oxucusu üçün tanış olsa da “Komandir” xeyli fərqli üslubda qələmə alınıb:

“Ən vacibi onun formasıdır. Bütövdür, fərqlidir, bizim mühitimiz üçün tamamilə yenidir. İkincisi, Raquf Orucovu mən bir çox oxşar kitabların qəhrəmanı kimi pafosla təqdim etməmişəm. Heç təxəyyülümü işə salmağa da xüsusi səy göstərməyə ehtiyac duymadım. Çünki həyatı çox zəngindir. Baxmayaraq ki, əməliyyatlarının heç birindən heç nə danışmayıb, amma bunları bilən və danışan adamları tapmaq çətin olmadı.”

Müəllif kitabla bağlı daha sonra bunları deyib:

“Raquf Orucovu bu cür yaxından tanıdığım üçün taleyimə minnətdaram. O, torpaqlarımızın geri qayıdacağına məni xeyli inandırdı. Bir gün o möhtəşəm hadisə baş versə, bu, mənim düşüncəmə görə, hamıdan çox Raquf Orucova görə olacaq. Mən onun şəxsində peşəkar, ləyaqətli və yenilməz Azərbaycan zabitini tanıdım, kəşfiyyatın nə olduğunu öyrəndim, gənclərimizin torpaq uğrunda nə qədər zəhmətlər çəkdiyinin şahidi oldum. Ümidvaram ki, yazdığım kitab onun adına layiqdir.”

# 6649 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər