ATV-dən Azərbaycan incəsənətinə böyük dəstək – FOTO

ATV-dən Azərbaycan incəsənətinə böyük dəstək – FOTO
13 oktyabr 2015
# 14:00

Hər zaman zövq oxşayan proqramları və operativ xəbərləri ilə milyonların rəğbətini qazanan "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası" yeni mövsümdə bir ilkə imza atdı. Televiziyanın inzibati binasında “ATV qalereya” adlı sərgi salonu istifadəyə verilib.

“ATV qalereya”nın açılışında qonaqları salamlayan "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası"nın prezidenti Vüqar Qaradağlı bildirib ki, ATV bu addımla mədəniyyətin təbliğatı ilə yanaşı, təşkilatçılıq missiyasını da öz üzərinə götürüb.

Sərginin açılışında iştirak edən qonaqlar ATV-nin binasında sərgi təşkilni Azərbaycan mədəniyyətində əlamətdar hadisə kimi qeyd ediblər.

“ATV qalereya”da ilk sərgilənən əsərlər isə Etibar Aslanov və Mətanət Aslanovanın qrafik janrda ərsəyə gətirdikləri rəsmlərdir.

“Azərbaycan nefti: tarix və müasirlik” adlı tematik sərgidə əsərlərin əksəriyyəti kompüter qrafikası ilə hazırlanıb və Azərbaycanda neftçıxarmanın inkişaf tarixini əks etdirir.

Məlumat üçün bildirək ki, ATV bu təşəbbüsünü davam etdirəcək. Hər ay bir rəssamın əsərləri "ATV Qalereya"da sərgilənəcək.

Qeyd edək ki, rəssamlıqda kompüter qrafikası üslubu öz mənşəyini keçən əsrin 60-cı illərindən götürür. Bu üslubda çəkilən əsərləri sərgi formasında geniş aidutoriyaya təqdim edən ilk rəssam isə Etibar Aslanvov və Mətanət Aslanovadır.

# 2916 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər