Deputat o mahnıya görə nazirə müraciət etdi - MƏTN

<b>Deputat o mahnıya görə nazirə müraciət etdi - <span style="color:red;">MƏTN </b>
1 aprel 2019
# 09:31

Gündəm hadisələrinə daim həssas münasibəti ilə seçilən millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə yayılan və geniş müzakirəyə səbəb olan “Kazbeki doldur” mahnısına görə, daxili işlər nazirinə rəsmi müraciət edib.

Kulis.az müraciətin mətnini təqdim edir.

“Azərbaycan Respublikası Daxili İşlər naziri, general- polkovnik

cənab Ramil Usubova

Hörmətli Ramil müəllim!

Son günlər sosial şəbəkələrdə “Kazbekə şey basım fırranım” adı ilə vidioçəkiliş formasında paylaşılan “mahnı” yayılmaqdadır. İfa edilən “mahnı”nın sözlərində bəşəriyyətin ən böyük bəlası olan narkomaniyaya açıq şəkildə çağırış edilir, onun yayılması təbliğ olunur. Bu çağırışın əsas hədəfi olaraq Azərbaycan auditoriyasının seçilməsi hansısa qüvvələrin ölkəmizdə bu bəlanın yayılmasında ciddi maraqlarından xəbər verir. Bu üzdəniraq "mahnı" artıq orta və ali məktəblərdə, çox sayda gənclərin arasında məqsədyönlü şəkildə sürətlə yayılmaqdadır. "Mahnı" adı ilə bu biabırçılıq və rüsvayçılığı yazdıranlar, ifa edənlər, videoya çəkilənlər və onu yayanlar kütləvi şəkildə cinayət əməli törətməklə cəmiyyətin, xüsusilə də gənc nəslin təlim-tərbiyəsinə və sağlamlığına sarsıdıcı zərbə vururlar. Bu çəkilişlərə azyaşlı uşaqların və gənc qızların cəlb olunması isə cəmiyyətdə xüsusi narahatçılıq doğurur.

Hörmətli Ramil müəllim!

Ümid edirəm ki, narkomaniyaya qarşı mübarizəyə hər zaman yüksək diqqət yetirən bir səlahiyyətli dövlət xadimi kimi tərəfinizdən qanunlara və əxlaqi dəyərlərə açıq şəkildə meydan oxuyan və onu heçə sayaraq bu zərərli təbliğatla məşğul olanların şəxsiyyətlərini araşdırmaq istiqamətində təcili tədbirlər görüləcək və bu zərərli təbliğatı gerçəkləşdirən şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə cəlb olunması təmin ediləcəkdir. Görüləcək tədbirlərin tərbiyəvi əhəmiyyətini nəzərə alaraq nəticəsi barədə geniş ictimaiyyətə məlumat verilməsini də Sizdən xahiş edirəm.

Hörmətlə, Fazil Mustafa”

# 3372 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər