Şahbaz Xuduoğlu: “Hər bir kitab evi "Qanun"la işləmək marağındadır”

Şahbaz Xuduoğlu: “Hər bir kitab evi "Qanun"la işləmək marağındadır”
2 iyun 2015
# 11:14

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu “Əli və Nino” kitab mağazası ətrafında baş verən qalmaqalla bağlı “Yeni Müsavat”a açıqlama verib. Kulis açıqlamanı təqdim edir.

“Qanun”un kitablarının “Əli və Nino” kitab mağazalarında satışa çıxarılması ilə bağlı tərəflər arasında rəsmi anlaşma var. Çünki artıq xeyli müddətdir bu sistem qurulub. Mən hər bir kitabla məşğul olmuram. Biz kitabı çap edirik, sonra mətbəəyə, ardınca yayıma gedir. ”Qanun"da da hər günə iki kitab çıxır. Hər bir kitab evinin marağındadır ki, “Qanun”la daha çox işləsin, çünki “Qanun” onlara kitab verir. Bu mənada bir kitab evinin nəşriyyatla işləməsi daha sərfəlidir, nəinki tək-tək yazarlarla işləməsi. Bizim hər bir kitab evi, kitab dükanı ilə aylıq bir-iki dəfə hesabatımız var. Bunu bir kitab evi ilə nəşriyyatın etməsi daha asandır, nəinki kitab evinin hər bir yazarla hesabat aparması. Bu isə çox mürəkkəbdir. Yalnız Azərbaycanda bir yazar öz kitabını aparıb hansısa kitab evinə verə bilər. Başqa heç bir yerdə belə bir şey yoxdur".

Ş.Xuduoğlu Kitab Evinin anbarında Qan Turalının kitablarına yer olmaması ilə bağlı yazarın dediklərinə də aydınlıq gətirib. Deyib ki, “Əli və Nino”nun anbarı da onların nəşriyyatının yerləşdiyi ərazidədir: “20 kvadrat metr ərazidə anbarı var. Həqiqətən də çox böyük sıxlıq var. Bu görünür. Bir də yer olmaya bilər. Buna görə gözləmə tələb olunursa, gözləməlidilər. Bizim yazarlar çox emosional reaksiya verirlər. Hər bir təşkilatın işləmə mexanizmi var. Ola bilər ki, Türkiyədən, Rusiyadan kitablar gəlib, tökülüb küçədə. Yazıçılar bura şəxsən müraciət edirsə, yayım qaydalarına riayət etməlidir. Bundan şou düzəltmək lazım deyil. Əgər onların Qan Turalının kitabını satmaq fikirləri olmasaydı, niyə təqdimat üçün yer danışır, vaxtını müəyyən edirdi? Park Bulvarda danışılmışdı, Qan Turalı orda kitab təqdimatı edəcəkdi.

Mən dəqiqləşdirdim. Qan Turalının kitabından kimsə imtina etməyib. Niyə də imtina olunmalıdır? Hansı bir kitab dükanı kitabı satmaqdan imtina eləyə bilər? Əgər o kitab həqiqətən satılmağa layiqdirsə və satılırsa. Yəni bu şeylər mütləq olmalıdır. Biz bəzən bu məsələləri səhv salırıq. Kitabın statistikası xatirinə kitab buraxırıq və deyirik ki, mütləq satılmalıdır, çünki bunun imzası böyükdür. Ola bilər kiminsə jurnalist kimi imzası tanınsın. Amma onun kitabı getmirsə, kitab dükanı ayda 4-5 min kirayə haqqı verir. O hardan verməlidir?

# 2980 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər