Eldəniz Zeynalovun yubileyi keçirilib

Eldəniz Zeynalovun yubileyi keçirilib
30 oktyabr 2017
# 15:50

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında xalq artisti Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley gecəsində xalq artisti, rejissor Ramiz Həsənoğlu, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, Azərbaycan Dillər Universitetinin professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, aktyorun ailə üzvləri iştirak ediblər.

Tamaşaçılar Sarayın foyesində Eldəniz Zeynalovun həyat və yaradıcılığını əks etdirən foto-sərgi ilə tanış olublar. Aparıcı Kamran İsrafilov E. Zeynalovun kino və teatr aktyoru kimi fəaliyyətindən qısa məlumat verib.

Çıxışçılar R. Həsənoğlu, M. Bədirzadə və T. Səlimov sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, onun imza atdığı rollar yaddaşlarda hər zaman yaşayıb və yaşayacaq. Tədbir zamanı sənətkarın rol aldığı filmlərdən fraqmentlər nümayiş olunub.

Aktyorun oğlu Elbrus Zeynalov çıxış edərək, atası haqqında xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

# 2671 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər