“Yazıçı” dərgisinin yeni sayı “Kitabi-Dədə Qorqud”a həsr olunub

“Yazıçı” dərgisinin yeni sayı “Kitabi-Dədə Qorqud”a həsr olunub
21 aprel 2017
# 15:57

“Oğuz eli” qəzetinin ayrıca buraxılışı kimi işıq üzü görən “Yazıçı”nın aprel sayı “Kitabi-Dədə Qorqud”a həsr olunub. Kulis.azın məlumatına görə yeni say xalq yazıçısı Anarın “Dədə Qorqud dünyası” adlı araşdırmasıyla açılır.

Bundan sonra dərgidə görkəmli türkoloq alim Tofiq Hacıyevin dastanla bağlı tədqiqat əsərindən seçmələr yer alıb. Qorqudşünas alim Şamil Cəmşidovun “Dədə Qorqud”la bağlı mülahizələri yeni sayın 9-10-cu səhifələrində verilib. Tanınmış şair Abbas Abdullanın “Dünyaya sorğu” şeri də bu sayda yer alıb.

Oxucular bu sayda professor Zemfira Səfərovanın “Həmişəyaşar ənənələr” kitabından seçmələrlə yanaşı Kamil Vəli Nərimanoğlunun, Asif Atanın, Elçin Muxtar Elxanın dastanla bağlı araşdırmaları ilə tanış ola biləcəklər. Bəstəkar Cavanşir Quliyevin “Yazışma” məqaləsi və xalq yazıçısı Mövlud Süleymanlının “Onda ki, insan ruh idi” misrasıyla başlayan şeri dərginin 18-19-cu səhifələrində yer alıb. Professorlar Yaqub Mahmudov bu sayda “Dədə Qorqud kitabı-xalqın yaratdığı və yaşandığı tarix”, Fariz Mustafa “Dədə Qorqud – Bayındırlı mədəniyyətinin açarı” məqalələrilə çıxış ediblər.

Akademik Kamal Abdullanın “Mifoloji dansöküləndə baş verənlər” məqaləsini xalq rəssamı Toğrul Nərimanbəyovun “Dədə Qorqud” motivləri izləyir.

Xalq şairi Zəlimxan Yaqubun «Saz»ından seçmələr, Elxan Zalın, Vəli Xramçaylının, Nuranə Nurun, İsmayıl Öməroğlu Vəliyevin şeirləri də bu cür motivlərlə yanaşı verilib.

Habelə, bu sayda professorlar Qəzənfər Paşayevin, Elməddin Əlibəyzadənin, Bəhlul Abdullanın, Nüşabə Araslının, Aynur Məmmədovanın, eləcə də Ayşə Nəbi, Xanəmir Telmanoğlu, Azər Abdulla, İşıqlı Ata, Əjdər Fərzəli, Kərəm Məmmədov, Ramil Quliyev, Nizami Xəlilov, Seyran Əliyev, Ələkbər Bayramov, Eldar Piriyev, Məsumə Məlikova, Hüseyn İsmayılov və başqalarının “Dədə Qorqud”la bağlı fikirləri yer alıb.

Buraxılışın baş redaktoru Azər Abdulladır.

# 2349 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər