Şahbaz Xuduoğlu Prezidentə müraciət etdi: "Nəşriyyatı xilas edin"

Şahbaz Xuduoğlu Prezidentə müraciət etdi:  "Nəşriyyatı xilas edin"
27 iyul 2015
# 16:04


“Qanun” Nəşriyyatının rəhbəri, Şahbaz Xuduoğlu Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Naşir məktubunda Vergilər Nazirliyi tərəfindən “Qanun” nəşriyyatının cərimə edildiyini xatırladaraq cərimə sanksiyasının nəşriyyatın işini iflic vəziyyətə saldığını bildirib: “Vergi cəriməsinə qədər biz hər gün iki adda kitab nəşr edirdik. 70 tərcüməçi və redaktor ilə əməkdaşlıq edirdik. 50-dən çox işçimiz var idi. İndi isə həftəyə 1 kitab nəşr edə bilmirik. Tərcüməçilərin bir hissəsi – qorxudan, digər hissəsi isə maliyyə probleminə görə bizimlə əməkdaşlığı dayandırdı; işçilərimizin yarıdan çoxu işdən çıxdı; əməkhaqlarını verə bilmirik.

Əməkdaşlıq etdiyimiz 150 xarici yazarın qonorarını ödəyə bilmirik. Onların arasında Nobel mükafatçıları da var. Patrik Modiano, Le Klezio, Orhan Pamuk, Herta Miller, Nəcib Mahfuz, Jon Maksvel Kutze, Haruki Murakami, Den Braun, Paulo Koelyo, Aqata Kristi, Stiven Kinq, C.K.Rolinq və s. Hər 3 aydan bir adların çəkdiyim yazarların agentlərindən ödəmə kağızı alıram, qonorar ödəməyimi tələb edirlər, hesablarım bağlı olduğundan bunu edə bilmirəm, eyni zamanda düşdüyüm vəziyyəti onlara da izah edə bilmirəm.”

Müraciətin sonunda Şahbaz Xuduoğlu Prezidentin nəşriyyatı xilas edəcəyinə ümid bəslədiyini bildirib.

# 2542 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər