Elina oxuyan məktəbin şagirdi: “Müəllimlər ana söyüşü söyürdülər”

Elina oxuyan məktəbin şagirdi: “Müəllimlər ana söyüşü söyürdülər”
28 oktyabr 2019
# 11:18

Kulis.az mərhum Elina Hacıyevanın oxuduğu məktəbin şagirdi olmuş gənc yazar Orxan Saffarinin həmin məktəblə bağlı yazısını təqdim edir.

Elinanın intihar etdiyi məktəbin məzunuyam. Mən bitirən il dəyişdi o məktəb. Təmir elədilər, müəllim kollektivində dəyişiklik oldu və.s. Ara-sıra xəbərlər də gəlirdi ki, guya təhsili də düzəlib.

Ümumiyyətlə, o məktəbdə olmazın problemlərini yaşamışam. Amma başqa direktorun fəaliyyəti dövründə. Hamısını yazsam həm uzunçuluq olar, həm də mən gözünüzdə daha da "avara" təsiri bağışlayaram. Əvvəla onu deyim ki, standart və nümunəvi şagird olmamışam heç. Dərslərimi olduqca yaxşı oxusam da, nizam-intizamım yerində olmayıb. Nə müəllimlərlə münasibətdə yaxşı olmuşam, nə də ümumi olaraq. Bunu həmişə boynuma almışam və ortada idi.

Həddindən artıq rəzil müəllimlər var idi o məktəbdə. İndi bəziləri çıxıb, bəziləri hələ də dərs deyir. Şagirdə ana söyüşü söyəcək qədər rəzil müəllim deyirəm sizə. Buna görə həmin müəllim şagirdlər tərəfindən döyüldü, mən tərəfindəndə alçaldıldı. Əlimdə bıçaq bütün məktəbi qaçırtmışdım onu. Onu da deyim ki, bu, adi haldı. Yəni o məktəbdə dəhşətli şeylər olurdu mən oxuyan dövrdə.

Gördüklərimin, bildiklərimin hamısı yazmaq həm uzun, həm də olduqca problemli məsələlərdir. Yəni heç bir sübutum yoxdur şagirdlərdən başqa.

Sevinc Abbasovadan əvvəl bir direktor da gəldi həmin məktəbə. Gəldiyi günü məni və sinif yoldaşlarımın birini məktəbdən qovdu. Günah bizdə idi, söz yox. Amma onun da fəaliyyəti yaxşı olmadı. Özü deyirdi ki, məni bura göndəriblər ki, çətin tərbiyə olunan siz uşaqları ağıllandırım...

# 5712 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər