Kiyevdə Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib

Kiyevdə Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib
15 may 2019
# 11:40

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib.

ONA-nın xəbərinə görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin qəhrəmanın yubileyi münasibətilə ərsəyə gətirdiyi Sloveniya yazıçısı Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının Azərbaycan dilinə tərcümə olunan variantının təqdimatında xarici ölkələrin səfirlikləri, yazıçılar, tələbələr, müəllim və professor heyəti iştirak edib.

Tarix elmləri namizədi Oleq Kupçikin moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, hələ Sloveniyada diplomatik korpusda çalışdığı zaman kitabı rus dilinə tərcümə etdirərək çapına nail olub: “Mehdi Hüseynzadə Azərbaycanın şanlı tarixidir. Onun bütün dünyada tanıdılması üçün bu kitab ən gözəl vəsaitlərdən biri hesab edilir. İgid qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edən bu kitab gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətlidir”.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, tanınmış yazıçı-dramaturq Afaq Məsud çıxışında bildirib ki, Mehdi Hüseynzadə döyüşərkən bəlkə də əbədi tarixdə qalacağını ağlına gətirməyib. Kitabın milli sərvət kimi bütün dillərə, o cümlədən Ukrayna dilinə tərcümə olunmasının vacibliyini vurğulayan A.Məsud qeyd edib ki, əsərdə Azərbaycanın milli-mental dəyərləri mövcuddur. Bu kitab təkcə Mehdi Hüseynzadə qəhrəmanlığı deyil, həmçinin Azərbaycanın tanıdılması baxımından əvəzsizdir. A.Məsud kitabın ərsəyə gəlməsindəki xidmətlərinə görə səfir A.Xudiyevə təşəkkürünü bildirib.

Kitabın Azərbaycan dilinə tərcüməçisi Fərhad Abdullayev isə hərbi mövzularda tərcümə işinin məsuliyyətindən danışıb: “Bu kitabı tərcümə etmək təkcə Mehdi Hüseynzadənin qarşısında deyil, bütün müharibədə həlak olan qəhrəmanlarımız qarşısında məsuliyyətdir”.

Azərbaycanın Milli Qəhrəmanı Mirzə Quliyev çıxışında ölkəmizin tarixən milli qəhrəmanları ilə tanındığını söyləyib, bu cür əsərlərin isə gənc nəslin qəhrəman kimi böyüməsində böyük töhfələr verdiyini vurğulayıb.

Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, gənc şair Şəhriyar Del Gerani çıxışlarında Mehdi Hüseynzadənin qəhrəmanlığından, hərbi mövzularda yeni əsərlərə ehtiyac olduğundan danışıblar.

# 3662 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər