Nyu-York sakini olan bir qadın geyilmiş alt paltarlarının satışı ilə bağlı elektron satış biznesini necə qurması barədə danışıb. O, “The New York Post” qəzetinə müsahibə verərək internetdə alt paltarlarını necə satdığını söyləyib.
Qadın etiraf edib ki, ona alt paltarını satmağı məsləhət görən Nyu-Yorkun pizzeriyalarının birində ofisiant işləyən rəfiqəsi imiş. O, pantydetal.com saytının xidmətlərindən istifadə edir. Sayt geyilmiş alt paltarlarının satıcı və alıcılarının bir-birlərini rahatlıqla tapmalarına yardımçı olur.
“Özün haqda nə qədər çox məlumat versən sənin məhsulların bir o qədər çox populyar olacaq və baha satılacaq. Mən gələcək karyerama xələl gətirmək istəmirəm, ona görə üzümü gizli saxlayıram. Əvəzində alıcılara onların aldıqları alt paltarlarında çəkdirdiyim şəkilləri göndərirəm” –adının gizli saxlanılmasını istəyən qadın belə deyib.
Gənc sahibkarın fikrincə bu biznes ona həftədə 60 dollar qazandırır. O, hər biri 48 saat geyilmiş alt paltarlarını 15 dollara satır. Alt paltarını 48 saatdan artıq əynində saxlamaq üçün hər günə görə əlavə 5 dollar tələb edir.
Amerikalı qadının qəribə alıcıları var. Onlardan biri ailəsi, uşaqları olan kişidir. O, ailəsindən gizlin qadın paltarları geyinir və cins dəyişmə əməliyyatı üçün pul yığır.
Qadın dustaqların geyilmiş alt paltarların satışı ilə bağlı gizli şəbəkə yaratmaları “Narıncı-yeni qara” (Orange is the New Black) serialının üçüncü sezonunun əsas süjeti olub. “Vice” jurnalının məlumatına görə serialın bu mövzuda seriyalarından sonra Google-da “geyilmiş alt paltarlarını satmaq” sözləri ilə axtarışların sayı nəzərə çarpacaq dərəcədə artıb.
Pantydetal.comun yaradıcısı isə saytda qeydiyyatdan keçənlərin sayının altı dəfə artdığını vurğulayıb./Lenta.ru
Geyilmiş alt paltarları ALICILAR VƏ SATICILAR
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026