Ədəbi-bədii gecə keçirilib

Ədəbi-bədii gecə keçirilib
25 fevral 2019
# 12:13

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Unudulmayan faciə, sağalmaz yara” adlı musiqili ədəbi-bədii gecə keçirilib.

Baş İdarədən bildirilib ki, əvvəlcə Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri kitabxananın direktoru Oruc Quliyev açaraq ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri ilə açıb. 176 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Palmira Nəbiyeva qanlı faciənin şahidi kimi acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə çıxış edənlər Xocalı faciəsində silahsız insanların ermənilərə qarşı müqaviməti, verilən qurbanlar haqqında danışıblar. Qeyd edilib ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

Sonra Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub, 176 nömrəli tam orta məktəbin şagirdləri “Xocalı harayı” kompozisiyası və “Layla, Xocalım layla”, “Xocalı yası”, “Xocalı, ay Xocalı”, “Ay bəlalı Xocalım”, “Xocalı” şerləri ilə çıxış ediblər./azertag.com

# 2691 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər