Yadıma yar düşübdü – Sabir Abdinin şeirləri

Yadıma yar düşübdü – Sabir Abdinin şeirləri
13 iyun 2017
# 13:02

Kulis.az Sabir Abdinin şeirlərini təqdim edir.

Sənə deyəcəyim sözüm qalmadı

Əllərim titrədi, soldu çiçəklər,

Baxıb gözlərimə doldu çiçəklər,

Görüş yerimizdə qaldı çiçəklər,

Sənə deyəcəyim sözüm qalmadı.

Günəşin üzünü örtdü buludlar,

Yalqız çiçəkləri gördü buludlar,

Qaldırdı çiyninə dərdi buludlar,

Sənə deyəcəyim sözüm qalmadı.

Üşüdü çiçəklər, küsdü çiçəklər,

Həsrətdən, kədərdən əsdi çiçəklər,

Ayaqlar altında gəzdi çiçəklər,

Sənə deyəcəyim sözüm qalmadı.

Çiçəklər həsrətli yoldu, çığırdı,

Nəmli gözlərindən yağış yağırdı,

Çiçəklər qəfildən məni çağırdı,

Sənə deyəcəyim sözüm qalmadı.

Günahsız çiçəklər günaha batdı,

Qəlbimdə kədəri, qəmi oyatdı,

Çiçəklər alışıb ocaq çatdı,

Sənə deyəcəyim sözüm qalmadı.

Sən getdin...

Sən getdin...

Dəli oldu gözlərim,

Səsim çıxdı yollara,

İtkin düşdü gözlərim.

Sən getdin...

Buza döndü əllərim,

Barmaqlarım dil açdı,

Saçın yoldu güllərim.

Sən getdin...

Ovcuma qar yağırdı,

Saxlamışdım, uçurdum,

Göylər məni çağırdı.

Sən getdin...

Söndü odum, ocağım,

Tüstüsündən isindim,

Beşik oldu qucağım.

Bu gecə, uzun gecə

Bu gecə, uzun gecə...

Yuxuma gor düşübdü

Bu gecə, uzun gecə

Yadıma yar düşübdü.

Bu gecə, uzun gecə...

Həsrətin gözüm üstə.

Xəyalım ocaq çatıb,

Yatmışam közüm üstə.

Bu gecə, uzun gecə...

Yadıma dəniz düşüb.

Bu dəniz hardan gəlib,

Yuxuma sənsiz düşüb?

Bu gecə, uzun gecə...

Özümə yad olmuşam.

Vüsala çatmır əllərim,

Quraca ad olmuşam.

Bu gecə, uzun gecə...

Bitmir hicran davası.

Bakıya bahar gəlib,

Könlümdə qış havası.

Pəncərəmi döyən yağış

Pəncərəmi döyən yağış,

Heyran-heyran sənə baxdım.

İstəmirdim tək yağasan,

Sənlə birgə mən də yağdım.

# 2749 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər