Kulis.Az 3 yaşını qeyd etdi FOTOLENT, VİDEO

Kulis.Az 3 yaşını qeyd etdi <span style="color:red;">FOTOLENT, VİDEO
4 aprel 2014
# 16:31

Bu gün “APA Holding”in tərkibində fəaliyyət göstərən Kulis.Az mədəniyyət dərgisinin 3 yaşı tamam oldu. “APA Holding”də bu münasibətlə tədbir keçirilib. Tədiri giriş sözü ilə açan “APA Holding” şirkətlər qrupunun prezidenti Vüsalə Mahirqızı bildirib ki, 3 yaşı tamam olan bu internet dərgisi oxucuların axtardığını tapdığı elektron məkandır: “Mən çox şadam ki, ilk gündən bu sayta dırnaqarası yanaşanların çoxu, sonra bu dərginin yazarları oldu. Mən çox şadam ki, Azərbaycanın müasir ədəbiyyatının nəbzi Kulisdə döyünüb. Bizim bioqrafiyamızda burda olan yazarların hər biri ayrı-ayrılıqda bir imzadır, bir dəyərdir. Şadam ki, bu imzalar da bizim dəhlizdən keçib gedirlər. Hər birinizə təşəkkür edib, uğur arzulayıram. Arzum budur ki, Azərbaycanda Kulis olmaq istəyən saytların sayı çox olsun”.

“APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev, Lent.Az informasiya agentliyinin baş redaktoru Qabil Abbasoğlu, İlqar Əlfi, Murad Köhnəqala, Səhər Əhməd, Sevda Sultanova çıxış edərək Kulisə uğur arzulayıblar.

Daha sonra sayt əməkdaşları mükafatlandırılıb.

“APA Holding” şirkətlər qrupuna Kulis.Az internet dərgisi Lent.Az saytının mədəniyyət layihəsi kimi fəaliyyət göstərir.

Jurnal milli və bəşəri mədəni prosesin bütün çalarlarını Azərbaycan oxucusuna təqdim etmək iddiasındadır.

Dərgidə mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən ədəbiyyat, teatr, kino eləcə də televiziya haqqında analitik yazılar çap edilir.

Dərginin baş redaktoru Qan Turalıdır.

Dərgi ancaq internetdə yayımlanır və hər gün yenilənir.

# 3770 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər