Ədəbi düşüncələr – İlham Qəhrəman yazır...

Ədəbi düşüncələr – <span style="color:red;">İlham Qəhrəman yazır...
27 may 2019
# 10:47

1. Ədəbi sarsıntı nədir?

Qələm sahibləri bəzən ədəbiyyatın sarsıntıdan yarandığını qeyd edirlər. Mən özüm də efirlərin birində müsahibə zamanı poeziyanın sarsıntı olduğunu, sarsıntıdan yarandığını demişəm. Məsələn Xocalı faciəsi, Şuşanın, Laçının itirilməsi, Eldar Baxışın yiyəvay dərdindən ölməsi və s. hadisələr mənim üçün sarsıntı olub. Bəs bu mücərrəd məvhumu necə izah etmək olar? Axı sonradan bu sarsıntılar nə qədər qəribə də olsa yazıçını, şairi qələmi ələ götürməyə məcbur edir - onu məşhur edən ədəbi nümunələrə çevrilir. Mənə görə hər şeyin təbiətdə qarşılığı var. Elə sarsıntının necə olduğunu, ondan ədəbiyyatın necə yarandığını da təbiətdən gətirəcəyimiz misalla izah edə bilərik. Deyək ki, müəyyən səbəbdən ağacın budağını kəsirlər. Budağın kəsilməsi sözsüz sarsıntı hadisəsidir – ağac sarsılır. Amma müəyyən zaman keçəndən sonra kəsilmiş yerdən təzə zoğlar çıxır. Budağın kəsilməsi sarsıntı, yeni zoğların boy verməsi isə sarsıntıdan sonra yaranan ədəbiyyatdır.

2. Poeziya gülüş və göz yaşıdır

Poeziya əslində gülüş və göz yaşı ilə danışmaqdır (pantomimlə səhv salmamaq). Başqa çalarlar qarşı-qarşıya bu iki məqamın (halın) içindədir. Dilsiz körpə uşaq xoşlamadığı, onu narahat edən bir işə məsələn partlayış səsinə, peyvənd üçün iynə vurulmasına öz etirazını ağlamaqla (göz yaşıyla), xoşuna gələn işlərə isə məsələn musiqi səsinə, anasının səvələməsinə gülüşlə (təbəssümlə) reaksiya verir. Şair də əslində elə həmin dilsiz körpə kimidir. O da xoşuna gəlməyən (onu ağladan) və xoşuna gələn (onu sevindirən) işlərə münasibətini şeirlə bildirir.

3. Şair şeiri çiçəkləyir

Mən şeirin gəldiyi anı yazda ağacların çiçəkləməsi ilə müqayisə edirəm. Mənə görə, şair şeiri çiçəkləyir. Əgər çiçək açmış ağacdan soruşsalar ki, sən necə çiçəkləyirsən və ağacın dili olsa, verəcəyi cavab, təxminən şairin “şeiri necə yazırsan” sualına verdiyi cavabla üst-üstə düşər. Təbiətdə hər bir ağacın çiçəyi rənginə və ətrinə görə başqasından fərqləndiyi kimi, şairin də şeirləri özünəməxsus olmalı, o şeirdən (çiçəkdən) başqa şeirin (çişəyin) ətri gəlməməlidir. Necə deyərlər, şeir təmiz olmalıdır. Təmiz şeirlər sudan quru çıxan qu lələyinə bənzəyir.

# 4665 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər