400 minlik toy edən qızdan film çəkilir

400 minlik toy edən qızdan film çəkilir
25 oktyabr 2017
# 15:38

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova və həyat yoldaşı Oktay Əhmədov barədə film çəkilir.

Kulis.az Missiya.aza istinadən xəbər verir ki, Aysel Şükürova bu barədə müsahibəsində bildirib.

"Mən hesab edirəm ki, xəyallarım həmişə gerçəkləşir. Həmişə məşhur olmaq istəyirdim. Mənim sonrakı xəyalım Türkiyədə aktrisa kimi məşhur olmaqdır. Sizinlə bölüşəcəyəm. Bizim kino çəkilişləri tezliklə başlanacaq. Filmdə mənim bütün həyatım təsvir edilir. Aparıcı rollarda mən və mənim ərim olacaq. Bu mənim xəyalım idi" - o qeyd edib.

Aysel Şükürova hazırda salonlara çəkilişlərə getdiyini açıqlayıb.

"Mən insanları tədricən cəlb etməyə başladım. Hazırda mənə serialla və reklam çəkilişləri ilə bağlı təkliflər gəlir".

Qeyd edək ki, toy mərasimi yanvarın 21-də “Böyük Saray” da baş tutub. Qüdrət Şükürovun qızı Aysel Şükürova Oktay adlı şəxslə nikah masasına oturub. Toydan sonra isə cütlük barədə 400 min dollarlıq toy iddiası ölkə mediasının gündəmini zəbt edib. Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, foto və videoların paylaşılmasından sonra toy sosial şəbəkələrdə geniş müzakirə olunub.

# 2279 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər