Vur qapazını, Tanrım - Mintac Elsevər yazır

Vur qapazını, Tanrım - Mintac Elsevər yazır
20 sentyabr 2016
# 11:16

Özümü qanandan nə xoşbəxtliyə, nə zamanında zəfər çala biləcək ədalətə və bu kimi başqa cəfəngiyatlara inanmışam. Öz inamsızlığıma üzülsəm də başqa türlü də bacarmamışam.

Bu dediklərimə inanmadığım halda həyatın digər yalançı təsəllilərinə ümid bəsləməyim də təbii ki, absurd olardı. Belə bir vəziyyətdə möcüzələrə inanmaq, nağıllara qulaq verməyimin də heç bir mənası ola bilməz.

Fəqət vəziyyət o qədər iyrənc bir tabloya dönüb ki, hər şeyin ancaq hansısa bir möcüzə sayəsində az da olsa dəyişə biləcəyini düşünürəm.

Sadəcə düşünürəm.

Təəssüf, təəssüf, amma reallıq budu ki, bəlli bir yaşdan sonra nəinki möcüzələrin baş verəcəyinə inanmaq olmur, hətta düz nə varsa hamısı sanki yalan, yaxşı nə varsa hamısı pisə dönür.

Tam bir şərəfsizlik, əxlaqsızlıq, mənasızlıq, ikiüzlülük, məngənəsində boğulur insanlıq.

Mən özümü mələk saymıram, saymaram da heç vaxt. Siz də saymayın. Fəqət şahanə dərəcədə murdar da olmayın.

Bir adam necə yaşaya bilər ki, ki murdar ola-ola?

Şəxsən mənə çox maraqlıdı. Adamın üstü bir az çirklənən kimi qaçıb yuyunmaq istəyir. Yəni pis iydəndəmi boğulmursuz?

Vay be, əjdahasız vallah!

Nəşinizə belə tüpürcəyimi heyf bilərəm!

Hardadı o gözəgörünməz Allah?

Bircə dəfə gözümə görünsəydi, “Lütfən, toza çevir bu dünyanı” deyə dizlərinə qapanardım!

Onsuz da adamlar adam kimi yaşaya bilmir.

Niyə özünə də, onlara da zülm verirsən, ilahi?

Deyəsən sən də bekar qalmısan, ya da təklikdən çox yorulmusan.

Artıq qələt elədimsə vur qapazını basıma, Tanrım! Onsuz da qapazlara alışdırmısan.

Öpurəm e hamınızı.

Kim olmuşuq ki, biz?

Hərə özü bilir...

# 2458 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər