Rəssamlıq Akademiyasının tələbələri yay təcrübəsi keçəcəklər

Rəssamlıq Akademiyasının tələbələri yay təcrübəsi keçəcəklər
1 iyul 2019
# 18:22

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş “Live Life” beynəlxalq sərgi layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi iyulun 2-dən 6-dək Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçəcək.

Yay təcrübəsinin mövzusu “Live Life” sərgisinin ideyası ilə səsləşir və ətraf mühitin problemlərinə, təbiətin qorunmasına, incəsənətin bu sahədə roluna dair ictimaiyyətin maarifləndirilməsinə diqqət cəlb edilməsini nəzərdə tutur.

Yaradıcılıq layihəsi IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Mərkəzi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilir.

Yay təcrübəsində iştirak edən tələbələrə yaradıcılıq üçün zəruri olan baza dəstləri təqdim ediləcək.

İştirakçılardan hər biri 150 AZN məbləğində həvəsləndirici mükafat alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək. Birinci yerin qalibi 500 AZN, ikinci və üçüncü yerləri tutanlar isə müvafiq olaraq 300 AZN və 200 AZN məbləğində pul mükafatları alacaqlar. Bütün iştirakçılara xatirə diplomları təqdim ediləcək.

Qeyd edək ki, “Live Life” sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya, Heydər Əliyev Mərkəzində gətirilib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Ekspozisiyada 200-dən çox əsər təqdim olunur. /azertag.az/

# 3914 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər