“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb

“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb
16 iyul 2018
# 13:20

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı nəşr olunub.

Kulis.azın verdiyi məlumata görə, jurnalın bu sayında “Nobel kürsüsü” rubrikasında – Andre Jidin “Pastoral simfoniya” əsəri; “Yubiley” rubrikasında – Nəriman Əbdülrəhmanlının “Səsindən yıxılan” hekayəsi; “Poeziya” rubrikasında – Migel Ernandesin şeirləri; “Memuar” rubrikasında – Konstantin Paustovskinin “Ədəbi portretlər”i; “Korifeylər” rubrikasında – Heynrix Böllün “Kişisiz ev” romanının ardı; “Gürcü ədəbiyyatı” rubrikasında – Bağater Arabullinin şeirləri; “Yaddaş” rubrikasında – Vasili Radilovun “Sibirdən” məqaləsi; “Danimarka nəsri” rubrikasında – H. Branner, H. Herdal, K. Soyanın hekayələri; “Türk dünyası” rubrikasında – Lalə Müldür, Heydər Ərgülən, Nevzat Çelik, Kiçik İskəndərin şeirləri; “Hekayə” rubrikasında – Zeydi Smitin “Kamboca səfirliyi”, Tuve Yanssonun “Boz ipək”, “Gimnastika müəlliminin ölümü” hekayələri; “Rumın poeziyası” rubrikasında – Nikita Steneskunun şeirləri; “Klassik rus nəsri” rubrikasında – Nikolay Leskovun “Mtsenki qəzasının ledi Maqbeti” povesti; “Unutsaq – unudularıq” rubrikasında – Pater Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanının ardı; “Teatr” rubrikasında – Jan Anuyun “Yüksüz sərnişin” pyesi kimi əsərlər yer alıb.

# 2245 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər