Bu məşhurların futbol haqda fikirləri sizi heyrətləndirəcək

Bu məşhurların futbol haqda fikirləri sizi heyrətləndirəcək
25 iyun 2018
# 13:33

Kulis.az məşhurların futbol haqqında fikirlərini təqdim edir.

Şekspir

“Sizin üçün yerimdə fırlanıb dururam. Məni futbol topu sanırsız? Məni eləcə oyan-buyana təpikləyirsiniz. Bu vəzifəm hələ çox çəkəcəksə, gərək məni bir dəriyə bürüyəsiniz.”

Alber Kamyu

“Həyat və əxlaq haqqında hər şeyi futboldan öyrəndim”.

Oskar Uayld

“Futbol sərt qadınlar üçün çox yaxşı oyun ola bilər. Amma nərmə-nazik oğlan üçün uyğun deyil”.

Mario Varqas Lyosa

“Futbol dinə bənzəyir. Xüsusilə bugünkü futbol dünyəvi dinin təzahürüdür. Bəzən bu emosionallığa, bəzən isə zorakılığa gətirib çıxarır”.

Orxan Pamuk

“Futbol xalqın tiryəkidir”.

Umberto Eko

“Futbol batil inancdır. Mən futbola yox, fanatiklərə nifrət edirəm”.

Vladimir Nabokov

“İdman növləri arasında futbol mənim üçün qarışıq bir dönəmin ortasında rüzgarla təmizlənmiş açıq ərazi kimidir”.

Xorxe Luis Borxes

“İngilislərin kəşf etdiyi ən pis şey futboldur. Futbol kütlələri yatızdıran tiryəkdir”.

Əziz Nesin

“Nə sağcıyam, nə solçu, futbolçuyam, futbolçu”.

Can Yücel

“Dünya dəyirmi dəridir, Allah da qol”.

Çe Gevara

“Futbol bəsit bir oyun deyil, futbol inqilabın silahıdır”.

Eduardo Galeano

“Dəqiq bilinən bir şey var ki, İsa Məsih və Həvariləri çarmıxda can verən gün, Romalılar futbol oynayırdı. Futbol tanrıya hansı tərəfilə bənzəyir? Tez deyim, çoxlarının ona inanmasıyla və intellektualların ona şübhə ilə yanaşması ilə”.

Entoni Burges

“İncilin dediyi kimi, beş gün işlə. Yeddinci gün tanrıya aiddir. Altıncı gün isə futbola.”

# 2683 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər