“Azerbaydjanskaya Respublika - 100” təqdim edilib

“Azerbaydjanskaya Respublika - 100” təqdim edilib
31 may 2018
# 15:43

Rusiyanın Sankt-Peterburq şəhərində “Azerbaydjanskaya Respublika 100 (1918-1920)” kitabının-elmi məqalələr toplusunun təqdimatı olub.

Kulis.azın məlumatına görə tədbir Mayakovski kitabxanasının nəzdində olan Şərq Mədəniyyət Mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə Şahnaz Kamal açıb və 1918-ci il, 28 May tarixinin Azərbaycan xalqı üçün çox önəmli, şərəfli bir tarix olduğunu qonaqların diqqətinə çatdırıb. Sonra Azərbaycanın himni səslənib və AR qurucularının şəkillərindən ibarət slayd göstərilib.

Tədbirdə Rusiyada yaşayan azərbaycanlılar, ruslar, türklər iştirak ediblər. Azərbaycan-Rusiya parlamentlərarası dostluq cəmiyyətinin sədri, Rusiya Dövlət Dumasının deputatı D.İ. Savelyevin müavini- A.V. Şışkin, Savelyevin Azərbaycan xalqına ünvanlanmış təbrik məktubunu oxuyub.

Daha sonra azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Fəqam Kəsəmənlinin, diyarşünas alim Almira Tahircanovanın, tarix elmləri doktoru, professor Vadim Viktoroviç Mixaylovun təbrik çıxışları dinlənilib. Rövşən Həşimovun ADR tarixi haqqında hazırladığı geniş məruzə maraqla qarşılanıb.

Sənətşünas alim, professor Faiq Çələbinin tarda ifası dinləyicilər tərəfindən xüsusi maraq və rəğbətlə dinlənilib. Bundan başqa gənc istedadlar-Lalə Kərimova və Emil Cəlilov fortepianoda və gitarada ifa ediblər.

Kitabın elmi redaktorları filologiya elmlər doktoru professor Vaqif Sultanlı, tarix elmləri doktoru, professor Vadim Viktoroviç Mixaylov, elmi məsləhətçi isə filologiya elmləri doktoru, professor Vilayət Quliyevdir. Kitabda 26 müəllifin 24 məqaləsi toplanıb.

Fotolar Oksana Kozlovaya məxsusdur.

# 3779 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər